29 sentyabr 2016-cı il tarixində Polşa inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentskinin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər, Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksinin inşa prosesi ilə yaxından tanış olublar.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkənin tranzit potensialının tam inkişafına yö1nəlmiş strategiyanın istiqamətləri barədə də məlumat verilərək bildirilib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ümumilikdə bütün regionun inkişafına müsbət töhfəsini verir.