ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ÖMÜR YOLUNA HƏSR OLUNMUŞ MUZEY VƏ GÜŞƏ

21005

Akademiyada Ümummilli Lider H.Əliyev guşəsi yaradılmışdır. Həmçinin  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC –nin 29 aprel 2015-ci il tarixli, CM 13/01-352 saylı qərarına əsasən ADDA-nın girişindəki holda Ulu Öndərin büstü ucaldılmışdır.

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ulu Öndər H.Əliyevin ömür yolunu əks etdirən muzey yaradılmışdır.

Akademiyanın geniş və işıqlı zalında müasir görünüşə malik muzeydə Ulu Öndərin zəngin həyatı, fəaliyyəti və irisini əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzeyin xüsusi guşələrində Ulu Öndərin gənclik illəri, Böyük Vətən Müharibəsində iştirakı, ailə həyatı, Dövlət Təhlükəsizlik  Komitəsində işlədiyi illəri və Azərbaycana rəhbərliyinin hər iki dövründən bəhs edən fotoşəkillər toplanmışdır. O cümlədən, 70-ci illərdə Azərbaycanın bölgələrinə etdiyi səfərlər zamanı zəhmət adamları, cəbhə bölgəsində əsgərlər, dövlət və incəsənət xadimləri və məktəblilərlə görüşünə, yeni layihələrlə bağlı açılışlarda iştirakına aid fotolar muzeyin guşələrini bəzəyir.

Muzeyin təşkil olunması Akademiyamız üçün çox əhəmiyyətlidir. Çünki, Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin keçdiyi həyat yolu burada təhsil alan gənclərimiz, dənizçi kadrlarımız üçün böyük bir məktəbdir.

AKADEMİYANIN  MUZEYİ

Azərbaycan Dövlət Dəniz Akademiyasında 1962-ci ildən başlayaraq, dənizçilik və gəmiqayırma tarixini özündə əks etdirən muzey fəaliyyət göstərir.

Artıq qədim zamanlarda Bakı ərazisində neft quyuları haqqında məlumat var idi.  XVI əsrdə neft karvanla çəlləklərdə daşınırdı. Sonralar gəmiqayırmanın inkişafı ilə əlaqədər neft gəmilərdə daşınmağa başlandı.

Öz profilinə görə regionda yeganə təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyası fəaliyyət göstərdiyi illər ərzində istər tədrisdə, istərsə də elmi araşdırmalarda çox böyük uğurlar qazanıb.Bu baxımdan muzeyin təşkil olunması Akademiyamız üçün çox əhəmiyyətlidir. Çünki dənizçiliyin inkişaf tarixinin öyrənilməsi burada təhsil alan gənclərimiz, dənizçi kadrlarımız üçün çox vacibdir.

Belə ki, muzeydə Azərbaycanın 1881-ci ildən başlayaraq dənizçilik sahəsindəki tarixini əks etdirən məlumat və fotolar yer alıb.İrsi dənizçilərin, Bakı Dənizçilik məktəbinin yaradıcıları və direktorlarının, tanınmış dənizçilərin, dənizçilik məktəbini bitirən və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgərlərin, məzunların fotoşəkilləri və onlar haqqında məlumat guşələrdə toplanıb. Bundan əlavə Xəzərdə və dıgər dənizlərdə üzən gəmilərin modelləri, suvenir, stend, kitab, albom, dipiom, buklet, kubok, maket, bayraq, vaza, vımpel, şəkil və portretlər muzeyin guşələrini bəzəyir. Muzeyin ən qiymətli eksponatlarından biri də muzeyə hədiyyə olunmuş “İndigirka” gəmisinin şturvalıdır.

Müxtəlif ölkələrin elm xadimləri və vəzifəli şəxsləri ADDA-da olarkən muzeylə yaxından tanış olmuş və xatirə kitabına öz ürək sözlərini və xoş təsüratlarını yazmışlar. Məsələn, 1997-ci ildə BDT-nın komissiyanın üzvü prof. M.Əziz, 2006-cı ildə Qazaxstan Nəqliyyat və Komunikasiya Akademiyası-nın nümayəndəsi B.Canbayev, 2009-cu ildə Rusiyanın Nəqliyyat Naziri İ.Levitin, 2009-cu ildə Polşa Dəniz Akademiyasının nümayəndəsi P.Rayevski, 2011-ci ildə Yaponiya Dəniz Administrasiyasının nümayən-dəsi, 2012-ci ildə Odessa Milli Dəniz Akademiyasının professoru L.V.Yarovaya, 2012-ci ildə Varna şəhər Texniki Universitetinin rektoru prof.O.A.Farxi, 2012-ci ildə RMRS-nin baş direktoru M.Ayvazov, 2013-cü ildə İspaniyanın Nəqliyyat Nazirliyi Departamentinin nümayəndəsi, 2013-cü ildə ad.F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin rektoru prof.Ş.Kondraşov, 2014-cü ildə Getman Saqaydaçnıy adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyasının rektoru V.Panin, 2014-cü ildə Ş.Yesenov adına QDTİU-nin rektoru A.K.Botabekov, 2015-ci ildə Rusiya Nəqliyyat Nazirliyi DSD-nin direktor müavini V.V.Klüyev 2015-ci ildə Monteneqro Təhsil Naziri Sanya M. və digər ölkələrin nümayəndələri xoş təəssüratlarını xatirə kitabına qeyd etmişlər.