BEYNƏLXALQ HİDROQRAFİYA TƏŞKİLATININ DİREKTORU İLƏ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR

1473

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Dövlət Dəniz Administrasiyasında cari ilin 06 oktyabr tarixində Beynəlxalq Hidroqrafiya Təşkilatının direktoru Mustafa İptes və Administrasiyanın rəhbərliyi ilə birgə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Beynəlxalq Hidroqrafiya Təşkilatına üzvlüyünun üstünlükləri barədə fikir mübadiləsi aparılmış, cənab Mustafa İptes tərəfindən ölkəmizin nüfuzlu təşkilata qoşulması yönündə təkliflər verilmiş və bu təşkilata qoşulmağa dair köməklik göstəriləcəyi vurğulanmışdır.
Eyni zamanda görüş zamanı Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatı, eləcə də  Beynəlxalq Hidroqrafiya img_9666Təşkilatı ilə əlaqələrinin yüksək səviyyədə olduğu xüsusi vurğulanmış və Beynəlxalq Hidroqrafiya Təşkilatı ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Görüş zamanı qeyd edilmişdir ki, Beynəlxalq Hidroqrafiya Təşkilatının Azərbaycan Respublikasının “Beynəlxalq Hidroqrafiya Təşkilatı haqqında Konvensiya”ya qoşulması ilə bağlı dəvətinə əsasən hazırda Respublikamızın adıçəkilən Konvensiyaya qoşulması məsələsinə aidiyyəti dövlət orqanları tərəfindən baxılmaqdadır.
Sonda Beynəlxalq Hidroqrafiya Təşkilatının direktoru Mustafa İptes Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzlənmə Milli Mərkəzində olmuş, adıçəkilən Mərkəzin fəaliyyəti ilə tanış olarkən Azərbaycan Respublikasının ərazi sularında gəmilərin hərəkətinin idarəetmə sisteminin müasir standartlara uyğun təşkil edildiyini, eləcə də dəniz üzgüçülüyünün təhlükəsizliyi sisteminin yüksək səviyyədə formalaşdırıldığını xüsusilə qeyd etmişdir.