“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev 6 oktyabr tarixində Rumıniyanın “Konstanta” limanın 120 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.

1624

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev 6 oktyabr tarixində Rumıniyanın “Konstanta” limanın 120 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.
Yükdaşıma, logistika, liman sənayesi, idxal və ixrac xidmətlərini təmsil edən 200-dən çox şirkətin qatıldığı tədbirdə yeni biznes imkanlarının və tərəfdaşların müəyyən olunması üçün danışıqlar aparılıb.
Bakı Limanın təmşilçisi Vahid Əliyev tədbirə çıxış edərək Bakı Limanının ümümu yük aşırma imkanları, aşırılan məhsulların çeşidləri, Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “DP World” şirkəti ilə imzalanmış məsləhətçi müqavilə, Ələtdə yaradılacaq Azad İqtisadi Zonanın fəaliyyət prinsiplər barədə məlumat veribdir.

120-2

Vahid Əliyev həmçinin bildirib ki, gələcəkdə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuna daha çox yüklərin cəlb olunması çox vacib amillərdən biridir. O, 2018-ci ildə Bakıda keçiriləcək Beynəlxalq Limanlar Assosasiyasının (IAPH) konfransı barədə ətraflı məlumat verərək iştirakçıları tədbirdə iştirak üçün Azərbaycana dəvət edib.