7 oktyabr 2016-ci il tarixində Bakı ekspo mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq dəstəklənən 10-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi. Sərgidə Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Zahid Şərifov, Gəmi energetik qurğuları və gəmiqayırma kafedrasının müdiri, dos. Akif İsmayılov, Gəmi elektroavtomatika kafedrasının müdiri, dos. Səbinə Əhmədova, Gəmi energetik qurğuları və gəmiqayırma kafedrasının baş müəllimi Hüseyn Məmmədov iştirak etmişlər. Həmçinin sərgiyə 70-dən çox ali təhsil müəssisələri və təşkilatlar qatılmışdır. Nümayəndələrimizin iştirakının əsas məqsədi tədrisdə istifadə olunacaq laboratoriyalar, müasir texnologiyalar ilə tanış olmaq və gələcəkdə Akademiyada həmin laboratoriya otaqlarınının yaradılması və yeni texnologiyaların tətbiqini həyata keçirtməkdir.
Sərgi zamanı LUCAS-NÜLLE şirkəti və təhsil üçün elmi innovasiyalar НТП mərkəzi ilə danışıqlar aparıldı, şirkətlərin laboratoriyaları haqqında məlumat toplandı.