Çinin Dövlət Dəmiryol Korporasiyasının İstismar Departamentinin Baş direktoru Guo Yuhua və onun müşayət edən nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Qonağlara məlumat verilib ki, yeni Bakı Limanı və Ələt Azad Ticarət Zonasının yaradılması bütün regionda istehsalat, nəqliyyat və logistika sahələrinin canlanmasına təsir edəcəkdir.
Qonaqlar Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. Bundan əlavə əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, eləcə də Bakı Limanında 24 saat fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında ona ətraflı məlumat verilib.
Guo Yuhua aşırılan yüklərin sayı barədə məlumat almaqla yanaşı ötürmə imkanları ilə də maraqlanıb. O bildirib ki, Bakı Limanı Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında və əks istiqamətdə daşımalarda çox böyük əhəmiyyət kəsb edir. Qonaq həmçinin Bakı Limanının Çin hökümətinin reallaşdırdığı qlobal “Bir Kəmər, Bir Yol” konsepsiyasında strateji məntəqə olduğunu bildirib.