“Neft Daşları” yatağında yeni quyu istismara verilib

1343

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağında yeni quyu istismara verilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılıb və 1376-1373 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyunun sifarişçisi “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsidir.