Rumıniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dan Lanku yeni Bakı Limanına səfər edib

1397

Rumıniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dan Ianku bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib və Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksinin inşa prosesi ilə yaxından tanış olub.
Səfər çərçivəsində səfirə yeni Bakı Limanının inkişaf planı barədə məlumat verilib.O, Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlarla tanış olub.Ona məlumat verilib ki, Ələt Azad Ticarət Zonası bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və ölkəmizin istehsal potensialını artıracaq.
Səfər çərçivəsində Rumınayanın ən böyük Konstanta limanı ilə qurulacaq gələcək imkanlardan və prespektivlərdən danışılıb.