“Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı keçirildi.

353

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə Heydər Əliyev Mərkəzində cari ilin 8 noyabr tarixində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı keçirilmişdir.

Yarışda yalnız Azərbaycan Respublikasının hər ali təhsil müəssisəsindən hər birində 6 əsas və 2 ehtiyat iştirakçi olmaqla bir komanda iştirakçı qismində çixiş etmişdir.

Yarış 3 turdan ibarət olmuş, 3 turun yekununa əsasən qaliblər müəyyən edilərək Heydər Əliyev Mərkəz tərəfindən mükafatlandırılmışdır.

Hər il ənənəvi olaraq iştirakçi qismində çıxış edən Azərbaycan Dövlət Dəniz Akademiyasını təmsil edən komandamız ötən illə müqayisədə daha yüksək nəticə göstərərək 15-ci yerə layiq görülmüşdür.