“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara veriib

1025

“Günəşli” yatağındakı 6 saylı dərin dəniz özülündə 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3 088-3 075 metr intervaldan sutkalıq 71 ton neft və 5 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir