“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev Çin Xalq Respublikasında Mərkəzi Asiyada “Bir Kəmər, Bir Yol və Stabillik, İnkişaf” mövzusunda olan forumda iştirak edib. İki hissədən ibarət olan formun birinci hissəsi geniş diskussiyalar altında Şanxay şəhərində keçirilib. Forumun Pekin şəhərində keçirilən ikinci hissəsində isə Tural Əliyev “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Azərbaycanda mövcud infrastruktur və bu yolda vacib əhəmiyyətə malik olan Bakı Limanı və Azad Ticarət Zonası barədə məlumat verib.