I kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə olimpiada keçirildi

432

30 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında  I kurs tələbələri arasında riyaziyyat, fizika və informatika fənləri üzrə olimpiada keçirildi. Olimpiadanın əsas məqsədi, tələbələrə öz intelektual bacarıqlarını maksimum açmağa imkan vermək, elmdə və təhsildə fəaliyyətin təbliği, qabiliyyətli və istedadlı gənclərin üzə çıxarılması idi.