London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşüb.
“Report” xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 2,02% aşağı düşərək bir barel üçün 49,90 dollar təşkil edib.
Londonun “ICE Futures” ticarət birjasında “Brent” markalı neftin fevral fyuçersləri 1,41% aşağı düşərək bir barelə görə 53,17 dollara bərabər olub.