Türkiyənin “Petkim” neft-kimya kompleksi SOCAR-ın Türkiyədəki törəmə bölməsi – “SOCAR Turkey Enerji A.S.” ilə “Star” neft emalı zavodunda (NEZ) payın əldə edilməsi üzrə danışıqları davam etdirir.
Bu barədə Trend Türkiyənin İctimaiyyəti məlumatlandırma üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.
Danışıqlar “SOCAR Turkey Enerji”də “Rafineri Holding”in 12-14 faizlik payının alışı ilə bağlı aparılır. Bu, “Petkim”ə “Star” NEZ-də 7-9 faizlik paya sahib olmağa imkan verəcək.