“Eni” (İtaliya) şirkəti Aralıq dənizinin Misir sektorunda yerləşən nəhəng “Zohr” qaz yatağının yerləşdiyi “Shorouk” konsessiyasındakı 30% iştirak payını “Rosneft”ə satmağa razılıq verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, razılaşdırılmış şərtlərə 1,125 mln. ABŞ dolları ilə bağlı məsələnin baxılması və keçmiş xərclərin təqribən 450 mln. ABŞ dollarına bərabər proporsional kompensasiyası aiddir. Bununla yanaşı, “Rosneft”in eyni şərtlər əsasında daha 5% pay almaq şansı var.
Son dövrdə 10% payın BP-yə verilməsindən sonra, “Eni” törəmə şirkəti olan IEOC vasitəsilə hazırda blokda 90% paya malikdir.
“Shorouk” konsessiyasında yerləşən “Zohr” yatağı “Eni” tərəfindən 2015-ci ilin avqustunda kəşf edilib. Bu, 850 mlrd. kubmetr qaz ehtiyatı ilə Aralıq dənizində indiyədək kəşf olunmuş ən iri təbii qaz yatağıdır. 2015-ci ilin fevral ayında yatağın işlənməsi üçün icazənin alınması prosesi tamamlanıb, ilk qazın isə 2017-ci ilin sonlarında əldə olunması gözlənilir.