“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

873

“Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2 925-2 887 metr intervaldan sutkalıq 106 ton neft və 20 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.