FHN və SOCAR rəhbərləri qəza baş verən ərazidə operativ müzakirə keçirirlər

238

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin HeydərovSOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft-Yığım Məntəqəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması ilə əlaqədar hadisə yerinə gəliblər.

“Report” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.