İtkin neftçiləri sualtı qayıqlarla axtarırlar

821

Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.

Bu barədə hadisə ilə bağlı “Azneft” İB-də yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, bu gündən axtarış işlərinə sualtında axtarış edə bilən 4 dalğıc gəmisi cəlb olunub.

Məlumata görə, bundan başqa axtarış işlərini ətraf yataqlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 10 gəmisi davam etdirir. Eyni zamanda, FHN-in 2 helikopteri axtarışa cəlb olunub, daha 1 helikopter isə yaxın dəqiqələrdə havaya qalxacaq.

*   *   *22:11

Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi “Qaradağ-8” gəmisi ilə sahilə gətirilib.

“Azneft” İstehsalat Birliyindən virtualaz.org-a verilən məlumata görə, İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.

*   *   *15:18

Bu gün Xəzər Dənizində estakadranın uçması nəticəsində baş vermiş faciə ilə bağlı “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov brifinq keçirib.

Virtualaz.org xəbər verir ki, brifinqdə axtarış işləri başladığı və hazırda 10 gəminin axtarışda iştirak etdiyi qeyd olunub.

“Hava şəraitinin həddindən artıq pis olması da axtarış işlərini çətinləşdirir. Axtarış zamanı bir əməkdaş – 1958 ci il təvəllüdlü Ələt qəsəbə sakini Qafarov İlhamın cəsədi tapılıb. Dekabr ayının 12-dən bir çox yerlərdə işçilər təxliyyə olunub, hasilatda iştirak edənlərdən başqa sahədə işçilər olmayıb. Külək saniyədə 41 metrə qədər yüksək olub”.

Balamirzə Ağarəhimov deyib ki, həmin estakada 1978 ci ildə tikilib, sonuncu dəfə avqustda təmir işləri aparılıb. Həmin sahədə bir çox eskadaların tikinti işi gedir. 2014 cü ildən 2 kilometrdən artıq eskadada təmir işi aparılıb. Heç bir hadisə təbii hadisə kimi qələmə verilmir. Bu hadisə araşdırılacaq. İndiyədək baş verən ölüm hadisələri araşdırılıb. Axtarış işləri genişləndirilib. Çünki tapılan işçinin cəsədi kənarda olub. Estakadanın uçduğu ərazidə suyun dərinliyi 10-12 metrdir. Hadisə baş verən ərazidə iş getməyib, orada 24 saatlıq iş rejimidir, iş növbə ilə görülür”, – deyə B.Ağarəhimov bildirib.

B.Ağarəhimov həmçinin qeyd edib ki, itkin sayının artma ehtimalı yoxdur, itkin düşənlərin sağ qalma ehtimalını səsləndirmək çətindir.

Qeyd edək ki, bu gün saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın təqribən uzunluğu 150 metr olan hissəsini, ona bitişik meydançanı və üzərindəki yaşayış budkasını dənizə uçurub. Nəticədə, 10 neftçi itkin düşüb.