TARİXİ ARAYIŞ
Yelkənli idman – idmançıların xüsusi qayıq (yaxta) və gəmilərdən istifadə edərək mübarizə apardığı bir idman növüdür. Qar və buz, bərk yer səthində mübarizə zamanı hərəkət üçün bəzi daşıyıcı və ləvazimatlardan da istifadə edilir. “Yaxt” sözü holland dilində “jagie” sözündən götürülmüş, mənası yelkən deməkdir. XVII əsrdə Hollandiyada idman və gəzinti üçün istifadə edilən kiçik gəmilər belə adlanırdı. Bu idman növü ilə məşğul olanlara ilk dəfə Hollandiya sahillərində, daha sonra İngiltərədə rast gəlinirdi. Yelkənli qayıqlarda yürüşlər haqda ilkin məlumatlar 1662-ci ilin tarixi mənbələrində yer alıb. Yelkənli idmanın rəsmi yaranmasını isə 1670-ci ildən götürmək olar. Belə ki, bu ildə İngiltərənin Vulviç şəhərində İngiltərə kralı II Karla məxsus yaxta ilə holland yaxtaçıları arasında ilk rəsmi yürüş keçirilmişdi. Daha sonra Avropanın müxtəlif ölkələrində ilk yaxtklublar meydana gəldi.

Yelkənli idman ilk Olimpiya idman növlərindən biridir və II (1900-cü ildən) Olimpiya oyunlarından bugünədək keçirilir. Yelkənli idman üzrə yarışların təşkili və keçirilməsi ilə regional və milli federasiyalar məşğul olur. İlk Beynəlxalq Yelkənli İdman İttifaqı (IYRU) 1907-ci ildə yaradılıb. 1996-cı ildə adı Beynəlxalq Yelkənli İdman Federasiyası (ISAF) olaraq dəyişdirilib. 2005-ci ildən isə Dünya Yelkəni (World Sailing) adlanır və özündə 120-dən artıq milli federasiyanı birləşdirir. Bundan əlavə, fərqli siniflər üzrə bir neçə beynəlxalq assosiasiyalar da (“Finn”, “Windsurfing”, Yelkənli lövhə və s.) mövcuddur.
ÜMUMİ MƏLUMAT
Bir çox digər idman növlərindən fərqli olaraq, Yelkənli idmanda təbii hallardan və şərtlərdən asılılıq özünü çox da biruzə vermir. Həmçinin, insanın çəkisinin və boyunun da fərqli olması onun bu idman növü ilə məşğul olmasına əngəl yaratmır. Belə ki, hər bir kəs öz çəkisi və boyuna uyğun olan münasib bir yelkən sinfini seçə bilər. Yelkənli idman yaxtalarının ekipaj sayı yelkənin sinfindən və ölçülərindən asılı olaraq 1-dən 15-dək və daha artıq sayda idmançı arası dəyişir. Burada əsas rolu uzunməsafəli yürüş qayıqları oynayır.

Yelkən idmanı – müxtəlif tipli yelkənli idman qayıqlarında istər Olimpiya dairələrində, istərsə də uzun məsafəli yürüşlərdə mübarizədən ibarətdir. Qayıqların növləri korpus formalarına görə fərqlənir; dayaqlı qayıqlar, katamaranlar (iki korpuslu), trimaranlar (üçkorpuslu), yelkənli lövhələr və s.
İdman təsnifatına görə Yelkənli İdman aşağıdakı siniflərə bölünür:
• Sərbəst siniflər
• Formulalı siniflər
• Monotiplər
• Foralı siniflər
• A və B qruplarından ibarət Olimpiya sinifləri
• Sərbəst siniflər
• Formulalı siniflər
• Monotiplər
• Foralı siniflər
• A və B qruplarından ibarət Olimpiya sinifləri
İdman qayıqları siniflərə görə müxtəlif adlarla adlandırılır. Bunlardan daha geniş yayılanlardan bir neçəsi aşağıdakılardır:
Olimpiya siniflərində: “Finn”, “470”, “Tornado”, “Solit”, Yelkənli lövhələr
Uşaq siniflərində: “Optimist”, “Kadet”, “Mini”
Yürüş siniflərində: “Polarius”, “S”, “Konrad”, və müxtəlif çəkili yelkənlər
Sərbəst siniflərdə: “Assol”, “Neva”
Uşaq siniflərində: “Optimist”, “Kadet”, “Mini”
Yürüş siniflərində: “Polarius”, “S”, “Konrad”, və müxtəlif çəkili yelkənlər
Sərbəst siniflərdə: “Assol”, “Neva”
Yelkən sinifləri arasında ilk olanı 8-15 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş “Optimist” sinfidir. Bu sinfin yaranış tarixi kimi 1974-cü il götürülür. Dünya Yelkəni (World Sailing) tərəfindən “16 yaşdan aşağı sinif” kimi rəsmən təsdiq edilmiş yeganə sinifdir. “Optimist” sinfi əsasən 15 yaşadək uşaqlarda bu idmana maraq və məhəbbət yaratmaq rolu oynayır. Yeniyetmələrin gələcəkdə Yelkənli İdmanla peşəkarcasına məşğul olmaq həvəsi “Optimist”lə başlayır.
Daha geniş və məşhur yelkən sinfi isə “Laser” sinfidir. Bu sinif dünyanın 140-dan artıq ölkəsində yayılıb. “Laser”i digərlərindən fərqləndirən xüsusiyyətlərdən ən əsası, burada qayıqların yalnız bir dəyişməyən dizayndan ibarət olmasıdır və bu heç vaxt dəyişdirilmir. “Laser” sinfinin önəmli tərəflərindən biri, burada idmançıların hərəkətliliyidir. Bu da əsas vermişdir ki, Yelkənli İdmanın bu növü Olimpiya oyunlarına daxil edilib. “Laser”i “Optimist”dən fərqləndirən cəhət odur ki, bu sinifdə 14 yaşdan yuxarı idmançılar məşğul olur. Oxşar cəhətləri isə, hər iki sinifdə qayığın sürətli və bir nəfərdən ibarət olmasıdır.
Qadınların bu idman növündə iştirakçılığını artırmaq məqsədi ilə, 1970-ci ildən qadınlar arasında Dünya çempionatı keçirilməyə başladı. Olimpiya oyunlarında isə ilk dəfə 2016-cı ildə Rio Olimpiadasında qarışıq cütlərin mübarizəsinə şərait yaradıldı. Hazırda əksər yelkənli idman yarışları açıq xarakterli olur ki, burada kişilər və qadınlar istər tək, istərsə də komanda üzvü olaraq bərabər şərtlər altında yarışırlar.

YELKƏNLİ İDMAN AZƏRBAYCANDA
Yelkənli İdman öz inkişafını bu idman növü ilə məşğul olmaq üçün əlverişli coğrafi şəraitin olduğu ölkələrdə almışdır. Bu idman növü üçün təbiətin iki əsas şərti var – külək və dəniz. Bunlar isə Azərbaycan üçün daimi və səciyyəvi xarakterlidir. Belə ki, Azərbaycan Xəzər dənizinin sahilində yerləşir və daim müxtəlif istiqamətli küləklərin əsdiyi iqlimə malikdir.

Azərbaycan yenicə müstəqillik qazandığı dövrdə, bütün sahələrdə olduğu kimi, idmanda da durğunluq və pərakəndəlik hökm sürürdü. Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda idmana, idmançıya göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin idmanın inkişafı üçün atdığı ardıcıl və düşünülmüş addımlar öz nəticələrini çox gözlətmədi. Daha sonra hazırkı ölkə prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilməklə bu sahəni şəxsən nəzarətə götürdü. Fərəhləndirici haldır ki, Azərbaycan Olimpiya ailəsinin ən sürətlə inkişaf edən üzvlərindən biridir. Bu gün artıq Azərbaycan dünyada bir idman ölkəsi kimi tanınır və qəbul edilir. Dünyanın ən mötəbər idman yarışlarının, müsabiqələrinin ölkəmizə həvalə edilməsi bir ənənə halını almışdır.
Azərbaycan gəncinin zərərli vərdişlərdən uzaq olması və sağlam həyat tərzi seçməsi üçün ölkə rəhbərliyi səviyyəsində davamlı fəaliyyət həyata keçirilir. Paytaxt Bakı ilə bərabər regionlarda da olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın, infrastrukturun təkmilləşdirilməsi sağlam nəslin yetişməsi üçün atılan uğurlu addımlardan biridir.
Bunları nəzərə alanda, Azərbaycanda Yelkənli İdmanın öz yüksək inkişaf mərhələsinə qədəm qoyacağına heç bir şübhə yeri qalmır. Bu amillərdən əlavə, rəhbərlik səviyyəsində bu növün inkişaf etdirilməsi üçün edilən səylər, atılan addımlar inkişaf üçün əminliyə əsas verir. Belə ki, Azərbaycan Yelkənli İdman Federasiyası rəsmi olaraq 2000-ci ildə dövlət qeydiyyatına alınsa da, uzun müddət fəaliyyətsizlik müşahidə olunub. Lakin 2014-cü ildə baş verən rəhbərlik və idarəetmə dəyişikliklərindən sonra Yelkənli İdman növü də durğunluq dövründən çıxdı. Həmən ildən Azərbaycan Yelkənli İdman Federasiyası Dünya Yelkəninin (World Sailing) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvü oldu. Federasiya rəhbərliyinin xüsusi diqqəti və nəzarəti altında ölkəyə İtaliya və Türkiyədən peşəkar mütəxəssislər dəvət edildi. Maddi-texniki bazanın gücləndirilməsi, peşəkar məşqçi heyətinin formalaşdırılması, yeni gənc idmançıların həvəsləndirilərək bu idman növünə cəlb edilməsi sürətləndirildi. Qarşıya qoyulan hədəflərə çatmaq üçün, Federasiya rəhbərliyi tərəfindən Yelkənli İdman üçün müasir standartlara cavab verən qayıq, geyim və digər ləvazimatlar istehsal edən qabaqcıl dünya şirkətləri ilə razılaşmalar əldə edilərək baza təmin edildi. Heç də təsadüfi deyil ki, Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən aparılan bu uğurlu fəaliyyətin nəticəsində, Dünya Yelkəni tərəfindən Azərbaycan 2016-cı ildə “Ən sürətlə inkişaf edən ölkə” olaraq göstərilib.
Yeniyetmə yelkənçilərimizin ilk beynəlxalq uğurları da məhz bu dövrə təsadüf edir. Belə ki, hər il dünyanın fərqli ölkələrində keçirilən beynəlxalq yelkən reqattası, bu il Sloveniyanın Portoroz şəhərində “Easter Regatta 2016” olaraq baş tutmuşdur. Müxtəlif ölkələrindən 500 yelkənçi beynəlxalq reqattada iştirak etmək hüququ qazanmışdır. Ölkəmiz ilk dəfə olaraq, beynəlxalq reqattada iştirak etmiş və 4 oğlan, 1 qız yelkənçidən ibarət komanda ilə yarışda öz güclərini sınamışlar. Yeniyetmə yelkənçilərimiz ilk dəfə reqattada iştirak etmələrinə baxmayaraq, 500 yelkənçi arasında ilk 20-yə daxil olmuş, yüksək və uğurlu nəticələr göstərərək ölkəyə qayıtmışlar.
Azərbaycan Yelkənli İdman Federasiyası 2016-cı ilin may ayında yelkənə marağı olan şəxslər üçün Federasiyanın baş ofisində Yelkənli İdmanı üzrə I dərəcəli təlimatçılıq kursları təşkil etmişdi. Kurs zamanı iştirakçılar İlkin tibbi yardım, Əsas və köməkçi Yelkən bacarıqlarının tədris edilmə metodologiyası sahəsində bilik və bacarıqlara yiyələniblər.
Federasiya tərəfindən yeniyetmələr arasında artıq bir neçə Yay və Qış Məktəbləri həyata keçirilib. 2016-cı ildə Optimist sinfi üzrə Azərbaycanda ilk dəfə olaraq, “Federasiya Kuboku” təşkil edildi. Həmçinin, “Laser” sinfi üzrə də bu Kubok çərçivəsində yarış keçirildi. “Yay Məktəbi-2016” və “Federasiya Kuboku-2016”nın yekunlarına həsr edilmiş təntənəli bağlanış və mükafatlandırma mərasimi Azərbaycan Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş işıqlandırılmış, cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.
Federasiya bu idman növünə cəmiyyətdə marağı və kütləviliyi artırmaq üçün bir sıra özünəməxsus uğurlu tədbirlər həyata keçirib. Belə tədbirlərdən biri Dövlət Bayrağı Günü münasibəti ilə baş tutub. Yeniyetmə idmançılarımız Bakı bulvarında öz yelkənlərini açaraq, parad təşkil ediblər.
Digər uğurlu tədbirlərdən biri isə, “Park Bulvar” AVM-də baş tutan “Yelkəni bizimlə tanı” şüarı altında keçirilən 3 günlük Festival idi. Festivalın açılışını federasiya prezidenti edərək, Yelkənli İdman haqda qonaqlara qısa məlumat vermiş, onları qarşıya qoyulan hədəflər və həyata keçirilən proqramlarla tanış etmişdi. Festivalda bir çox dövlət rəsmiləri və müxtəlif idman federasiyalarının prezidentləri qonaq qismində iştirak ediblər.
Azərbaycan Yelkənli İdman Federasiyasının bu gün qarşıya qoyduğu əsas məqsəd, görülən bütün uğurlu işlərin və aparılan fəaliyyətin nəticəsi olaraq, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcək yerli idmançıların hazırlığı və iştirakıdır. Ümid edirik ki, hər birimiz bu məqsədin həyata keçəcəyinin birlikdə şahidi olacağıq!