SOCAR 2016-cı ildə Novorossiysk limanından 1,2 mln. ton xam neft ixrac edib

228

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildə Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 217 799 ton xam neft ixrac edib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin analoji göstəricisindən 4% azdır.

SOCAR-ın 2016-cı ildə Novorossiysk limanından ixrac etdiyi xam neftin 79 846 tonu dekabr ayının payına düşüb.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.