DSX-nin inşası başa çatdırılan gəmisi döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzərə endirilib

1033

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S 203 №-li  “Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti – döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gəmiyə baxış keçirib.