Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq

667

Bu gün Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü
iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Çexiya
Respublikası kənd təsərrüfatı, əczaçılıq, logistika və bank sektounun iş
adamlarından ibarət nümayəndə heyəti Ələt qəsəbəsində tikilməkdə olan
yeni Bakı Limanına səfər ediblər.
Qonaqlar yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun
prosedurlar və liman əməliyyatları ilə tanış olublar. “Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun baş müşaviri Şahin
Yusifov qonaqlara tikilməkdə olan yeni Bakı Limanı və yaradılacaq Ələt
Azad Ticarət Zonasının nəyinki Azərbaycanın, eyni zamanda bütün regionun
nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcəyi barədə məlumat verib
və qonaqların suallarını cavablandırıb. Görüş zamanı həmçinin Ələt Azad
Ticarət Zonasında Çexiya şirkətlərinin fəaliyyət perspektivləri müzakirə
olunub