Şərqi Çin dənizində balıqçı qayığı batıb, 12 nəfər itkin düşüb

997

Şərqi Çin dənizində 13 balıqçının olduğu qayıq batıb.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Çinin Hərbi Dəniq Qüvvələrinin Şərqi donanmasının komanda məntəqəsindən agentliyə verilən məlumata görə, hadisə cümə gecəsi baş verib. Belə ki, hərbçilər Çzyansu vilayətində xilasedicilərə yardım etmək göstərişini alıblar.

Bundan sonra axtarış-xilasetmə əməliyyatına Hərbi Dəniz Qüvvələrinin iki gözətçi gəmisi və və bir pilotssuz aparat cəlb edilib. Hazırda balıqçılardan birinin cəsədi tapılıb. Digər 12 nəfərin axtarışı isə davam edir.