Azərbaycanda 2016-cı ildə hasil olunmuş neft və qazın həcmi açıqlanıb

930

Azərbaycan 2016-cı ildə 41 milyon ton neft və 29,4 milyard kubmetr qaz hasil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuat orqanında dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, SOCAR öz vəsaitləri hesabına 7,5 milyon ton neft və 6,3 milyard kubmetr qaz hasil edib.

Məqalədə qeyd edilib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC) və “Şahdəniz” konsorsiumuna gəldikdə isə onlar 33,5 milyon ton neft və 23,1 milyard kubmetr qaz hasil edib.

Azərbaycan hökuməti 2017-ci ildə 39 796,9 min ton neft və 28,39 milyard kubmetr qaz hasil etməyi planlaşdırır. 2015-ci ildə Azərbaycanda neft hasilatı 41 628,3 min ton, qaz hasilatı 29 175,1 milyon kubmetr qaz təşkil edib.