Bu il aprelin 4-6-da Moskvada keçirilməsi nəzərdə tutulan V “Rusiya və MDB neft-kimya” konfransına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də qatılacaqlar.
“Report” xəbər verir ki, konfransda SOCAR-ın Qaradağda həyata keçirməyi planlaşdırdığı “SOCAR GPC” və Sumqayıtda icra olunan “SOCAR Polymer” layihələri üzrə planları barədə məlumat veriləcək.
Qeyd edək ki, tədbirdə regionun digər əhəmiyyətli layihələri üzrə təcrübələrin bölüşdürülməsi də gözlənilir.