ABŞ-da qazma qurğularının sayı 18 ədəd artaraq 712-yə çatıb

1073

ABŞ-da yanvarın 27-də başa çatan həftə ərzində qazma qurğularının sayı 18 ədəd artaraq 712-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Baker Hughes” şirkətinin məlumatında bildirilir.

Xüsusilə, neft hasilatı qurğularının sayı 566 ədədə (bu göstərici ardarda 13 həftədir ki, artır), qaz hasilatı qurğularının sayı isə 145 ədədə çatıb.

Kanadada həftə ərzində qazma qurğularının sayı 3 ədəd artaraq 345-ə çatıb.