“Shell” Şimal dənizindəki aktivlərini 3 mlrd. dollara satacaq

1025

Böyük Britaniya-Niderland birgə neft-qaz şirkəti olan “Shell” Şimal dənizindəki aktivlərinin böyük hissəsini 3 mlrd. dollara satmaq niyyətindədir.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “Shell”in aktivlərini adı çəkilən su hövzəsində yataqların işlənməsi ilə məşğul olan “Chrysaor” şirkəti alacaq. Alqı-satqı prosesinin “Chrysaor”un özəl investisiya firması olan “EIG Partners” vasitəsi ilə reallaşacağı gözlənilir.

Həmçinin bildirilir ki, “Shell”in aktivlərini satması şirkətin xərclərini və borclarını azaltmaq istəyi ilə bağlıdır.