BP: “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadıla bilər

1406

BP şirkəti bu ilin ortalarında “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilənin imzalanmasını gözləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrell deyib.

Onun sözlərinə görə, BP ötən ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə blokun işlənməsi barədə niyyət məktubunun imzalanmasından məmnundur.