Azərbaycanın ən iri qaz-kondensat yatağı olan “Şahdəniz” yatağında hasilatın ikinci mərhələsi üzrə işlərin 87 faizi başa çatıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrell deyib.
Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi çərçivəsində yeni platformaların və sualtı qaz borularının tikintisi, Səngəçal terminalının genişləndirilməsi kimi işlər uğurla davam etdirilir.
Q.Birrell qeyd edib ki, BP bu layihə çərçivəsində ilk qazın gələn il Türkiyəyə, 2020-ci ildə Avropaya ixrac olunacağını gözləyir.
Qeyd edək ki, “Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir.