Dənizdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edilib

1039

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalması barədə məlumat daxil olub.

 

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkarlanıb. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.