Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarına çıxarılıb

1289

2017-ci ilin yanvar ayı ərzində 2 mln. 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Bu həcmin 1 mln. 398 min 440 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 mln. 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.