Xəzərdəki gəmidə kapitanın meyiti tapıldı

490

Paytaxtda təmirə dayanmış gəminin kapitanının meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib. Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb.

İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.