Bakı şəhəri Qaradağ rayonu Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbin tərkibində yaradılmış Kiçik Akademiyanın prezidenti Esmira Teymurovanın təşəbbüsü ilə texniki və təbiət fənləri bölməsinin şagirdləri Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına ekskursiya ediblər.
Səfər çərçivəsində şagirdlər beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. İstismar xidmətinin müdiri Eugene Seah kiçik fəallara bildirib ki, tikilməkdə olan yeni Bakı Limanı və yaradılacaq Ələt Azad Ticarət Zonası ümumlikdə Qaradağ rayonunun inkişafına, yeni iş yerlərinin yaradılmasına dəstək verəcək, fərqli istehsal bölmələrinin yaradılmasını labüd edəcək. Görüş məktəblilərlə qarşılıqlı sual-cavab, diskussiya şəklində davam edib.