Böyük Britaniyanın London şəhərində Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında, İnsan amili, təlim və növbəçəkməyə dair Alt – Komitənin 4 – cü sessiyası keçirilib

1244

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Bu ilin 30 yanvar – 03 fevral tarixlərində Böyük Britaniyanın London şəhərində  Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında, İnsan amili, təlim və növbəçəkməyə dair Alt – Komitənin 4 – cü sessiyası keçirilib. Dövlət Dəniz Administrasiyasının əməkdaşları Vüsal Mustafayev və Nuri Nuriyevin iştirak etdiyi iclasda, dəniz qəzalarının araşdırılmasından əldə edilən biliklərin dənizçilərin hazırlığının yaxşılaşdırılmasına tətbiq edilməsi yolları müzakirə olunub. Alt Komitədə həmçinin, dənizçilərin yorğunluq və yorğunluq riskinin idarə olunmasına dair anlayışların daha da təkmilləşdirilməsi, yorğunluq və yuxu haqqında cari araşdırmaların və yorğunluq hallarının aradan qaldırılmasına dair təcrübələrin əks olunması üçün “Yorğunluğun aradan qaldrılması və idarə edilməsi üzrə Təlimat”ın yenilənməsi və yenidən baxılmasına dair işlər müzakirə edilib. Eyni zamanda “Balıqçı gəmi heyətinin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair Beynəlxalq konvensiya”ya (STCW-F) ətraflı nəzər salınaraq, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair Beynəlxalq konvensiya”ya (STCW) 2010-cu ildə edilmiş əlavələrin həyata keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının bir sıra model kurslarının Manila dəyişikliklərinə uyğunlaşdırılması məqsədi ilə işçi qrupları tərəfindən hazırlanan model kursları müzakirə olunub və təsdiq olunması üçün  üçün Dəniz Təhlükəsizliyi  Komitəsinə göndərilməsi barədə qərar qəbul edili.