“Qazprom”un ötən il Avropa bazarında payı 34 faizədək artıb

292

“Avropa “Qazprom”un qaz ixracı üçün prioritet bazar olub və olacaq”.

“Report” xəbər verir ki, bunu Sinqapurda “Qazprom”un İnvestorlar gününda çıxışı zamanı şirkətin idarə heyəti sədrinin müavini Aleksandr Medvedev deyib.

“2016-cı ildə “Qazprom”un Avropa bazarında payı 2015-ci ilin 31 faizindən 34 faizədək artıb. Bizim mövqeyimiz yaxın aylar ərzində stabil qalacaq”, — deyə o əlavə edib.