“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ADA Universitydə keçirilən 5-ci karyera sərgisində iştirak edib.

622

Ənənəvi olaraq hər il ADA Universiteti tərəfindən təşkil olunan və  80-dan artıq şirkətinin təmsil olunduğu sərgidə tələbə və məzunlar mövcud əmək bazarında ixtisaslarına olan tələbat barədə məlumat əldə ediblər. Eyni zamanda Liman nümayəndələri iştirakçıların iş imkanları, iş tələbləri və Bakı Limanı tərəfindən keçirilən təcrübə proqramı haqqında olan çoxsaylı suallarını cavablandırıblar