Nigeriyada dəniz quldurları rusiyalı və ukraynalı dənizçiləri azad edib

346

Fevralın 5-də Nigeriyanın ərazi sularında dəniz quldurlarının Almaniyanın “Briese Schiffahrts” şirkətinə məxsus “BBC Caribbean” yük gəmisinə hücum edərək girov götürdüklərini heyət üzvləri azadlığa buraxılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Sevastopol üzrə İnsan hüquqları üzrə müvəkkili Pavel Butsay bildirib.

Dənizçilərin 7-i Rusiya, biri Ukrayna vətəndaşı olub. Gəminin heyət üzvlərinin azadlığa buraxılması üçün  “Briese Schiffahrts” şirkəti və Rusiyanın Nigeriyadakı səfirliyi gərgin danışıqlar aparıb. Dəniz quldurları ilə danışıqlar zamanı gəmi heyətinin azadlığa buraxılması üçün quldurlara veriləcək pulun miqdarı barədə razılıq əldə olunub. Dəniz quldurlarına verilən pulun miqdarı açıqlanmayıb.