“Brent” markalı neftin qiyməti 51 dollara yaxınlaşıb

570

Cümə günü Londonun İCE birjasında keçirilən elektron hərrac zamanı “Brent” markalı Şimal dəniz neft qatışığının qiyməti artaraq bir barelə görə 50,91 dollara çatıb.

“Report” xəbər verir ki, qiymət artımı 0,69 faiz təşkil edib.

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı “qara qızıl”ın may fyuçerslərinin qiyməti 0,73 faiz artıb və bir barelə görə 48,05 dollar təşkil edib.