Qafur Məmmədov – Sovet İttifaqı Qəhrəmanı

687

Qafur Məmmədov.

Qafur Məmmədov – Sovet İttifaqı Qəhrəmanı

Məmmədov Qafur Nəsir oğlu dünyaya Bakıda göz açmış, 1941-ci ilin avgustunda hərbi xidmətə getmişdir.

Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.

1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi.

Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak oldu.

Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir.Bakıda bir bir gəmiyə, bir küçəyə və bir parka onun adı verilmişdir