ASAN Könüllüləri-in bir qrup fəal gənci Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına səfər ediblər

352

10 Aprel tarixində ASAN Könüllüləri / ASAN Volunteers-in bir qrup fəal gənci Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına səfər ediblər.
Limanın ərazisi ilə əyani olaraq tanış olan gənclərə bildirilib ki, limanın tikintisi və ATZ-nin məhz Ələt qəsəbəsinin yaradılması uğurlu başlanğıcdır, çünki bu ərazi Azərbaycandan keçən əsas nəqliyyat marşrutlarının kəsişmə nöqtəsidir və məhz buna görə də liman regional və beynəlxalq ticarət daşımalarından effektiv yararlanmaq üçün böyük üstünlük yaradır.

Eyni zamanda bildirilib ki, yeni texnologiyalardan istifadənin nəticəsi olaraq hazırda limanda fəaliyyətə başlayan 2 körpüdə yükaşırmaya sərf olunan vaxtın maksimum azaldılmasına nail olunub.

Daha sonra isə Liman nümayəndəsi qonaqların suallarını cavablandırıb.
ASAN Könüllüləri Gənclər Təşkilatı (AKGT) — “ASAN xidmət”də fəaliyyət göstərmiş 1000-dən çox könüllü arasında sıx əlaqələrin yaradılması zərurətini anlayaraq bir qrup könüllü gənc tərəfindən yaradılan qeyri-hökumət təşkilatıdır.