SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində “SOCAR-POLYMER” şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirildi

721

13.04.2017-ci il tarixində TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzində SOCAR-POLYMER şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilib. 06.10.2016-cı il tarixində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və SOCAR-POLYMER şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən yeni bir əməkdaşlığın əsası qoyulmuş və SOCAR-POLYMER şirkətinin əməkdaşlarının TTSİ-nin 3 təlim mərkəzində 3, 6 və 1 illik kurslarda 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulmuşdur.

Ümumilikdə Kadr hazırlığının təşkili mərkəzində “Təmirçi-çilingər” peşəsi üzrə 7 nəfərin hazırlanması başa çatdırılmışdır.

 

Imtahanda iştirak edən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmiş və gənclərə uğurlar arzulamışdır. TTSİ və SOCAR POLYMER şirkətinin nümayəndələrin iştirakı ilə keçirilən imtahanlar zamanı KHTM-də təhsil almış 7 nəfər gənc imtahan komissiyası qarşısında öz praktiki bacarıqlarını nümayiş etdirdi.

Yekun nəticələr onu göstərdi ki, dinləyicilərin hazırlığı çox yüksək səviyyədədir və istehsalatda texnik kimi işləməyə tam hazırdırlar. İki mərhələdən ibarət təlim prosesi zamanı şagirdlər nəzəri biliklərlə yanaşı, öyrəndiklərini praktikada və istehsalatda geniş tətbiq ediblər. Dinləyicilərə bu kurslarda ixtisas fənləri ilə yanaşı ünsiyyət və şəriştəliyinin artırılması məqsədilə texniki ingilis dili kursu da keçirilmişdir.