Liviya sahillərində sutka ərzində 3 minə yaxın miqrant xilas edilib

487

İtaliyanın Sahil Mühafizəsi Xidmətinin üzvləri Liviya sahillərində 3 minə yaxın miqrant xilas ediblər.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gün ərzində 35 xilasetmə əməliyyatı təşkil olunub, onlarda 15-i hələdə davam edir.

Mart ayında afrikalı miqrantlar üçün “Avropaya pəncərə” sayılan Liviya, İtaliyadan və Avropa İttifaqından (Aİ) qeyri-leqal miqrasiya ilə mübarizə üçün 800 milyon avro yardım istəyib. İstənilən yardım paketinə helikopterlər, radarlar, avtomobillər, qayıqlar və peyk ilə işləyən telefonlar daxildir.