“Atlet-24” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmiri yekunlaşır.

825

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Xəbərlər xidmətinin məlumatı.

“Atlet -24” kran gəmisinin təmiri yekunlaşır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda  əsaslı təmiri yekunlaşır.

Keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri  dəyişdirilib. Baş və köməkçi mühərriklərin nasosları, seperatorlar, boru sistemləri, kayutlar  və sair yüksək keyfiyyətlə təmir olunub.

Qeyd edək ki, təmir üçün lazımi detallar  “Bibiheybət” Gəmi Təmiri Zavodunun  Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək.

Məlumat üçün bildiririk ki, “Atlet-24” kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1520 at gücünə malik mühəriklə təchiz olunub və surəti 11,24 uzeldir.