Gəmiçiliyin rəhbər heyəti üçün təlim keçirilib

533
 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti  üçün “Davranış əsaslı mədəniyyət” mövzusunda təlim keçirilib. Məqsəd işçilərin qəza zamanı davranış  səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Bildirilib ki, iş yerində təhlükəsizlik mühitinin qorunub-saxlanılması  “Davranış əsaslı mədəniyyət”in əsas elementlərindən biridir.  Bununla bağlı beynəlxalq tələblərə dənizçilər ciddi əməl etməlidirlər. Çünki, “Davranış əsaslı mədəniyyət”ə düzgün riayət olunması  insan səhhətinə zərərin qarşısının alınmasında mühüm rol oynayır.

Dinləyicilər təlim zamanı qəzanın əsl səbəbini müəyyənləşdirmək üçün dəlillərin təhlili, qəza barədə məlumat verilməsi, onun araşdırılması və sonrakı prosedurlara, müvafiq təlimatlara riayət olunması prosesini dərindən öyrəniblər. Təlim iştirakçılarına  uzun illər mövcud olan bir çox təhlükəsizlik qaydaları ilə yanaşı, yeni üsullar  da ətraflı izah edilib.

Beynəlxalq təcrübəyə malik kapitan Titos Giannakakisin  interaktiv formada keçirdiyi məşğələlər 2 gün davam edəcək.

Xatırladaq ki, Gəmiçilik  əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında maraqlıdır. Bu növ təlimlər gələcəkdə də təşkil olunacaq.