BTC ilə 1,5 mln. ton tranzit nefti nəql olunub

622

 Bu ilin I rübündə Azərbaycanın magistral neft kəmərləri ilə 10 355,2 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 77,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8 065,4 min ton neft ötürülüb. Bu dövr ərzində BTC kəməri ilə 1 546,0 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.