SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün xilasedici qayıq və sallar, növbətçi qayıqlar, sürətli olmayan növbətçi qayıqlar üzrə mütəxəssislərin hazırlığı” növbəti praktiki təlim keçirilmişdir

914

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün xilasedici qayıq və sallar, növbətçi qayıqlar, sürətli olmayan növbətçi qayıqlar üzrə mütəxəssislərin hazırlığı” kursunda iştirak edən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin, “Neftqaztikinti” Trestinin, Dalğıc Xidmətinin və “SOCAR – AQŞ” MMC-nin əməkdaşlarına Mərkəzin “Xilasedici Təlim Platformaları”nda Xilasedici və Növbətçi Qayıqlarla bağlı növbəti praktiki təlim keçirilmişdir.

Təlim müddətində “Xilasedici və növbətçi qayıqların quruluşu, təchizatı, suya endirilmə qurğuları”, “Xilasedici və növbətçi qayıqların mühərriklərinin işə salınması və istismarı”, “Platformanı və gəmini tərk edəndən sonra insanlara rəhbərlik, qayıqın idarə edilməsi” və digər mövzularla bağlı praktiki dərslər keçirilib.

Dinləyicilər bu təlimdə iştirak etməklə Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Dənizdə insan həyatının mühafizəsi” üzrə Beynəlxalq Konvensiyalarının (SOLAS-74) və “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21)) tələblərini dərindən mənimsəyərək və biliklərini təkmilləşdirərək daha da peşəkarlaşırlar.

– Təlimin müddəti: 32 saat (4 gün);
– Təlimçi: Ağazaman Əmirquliyev, Anar Səlimov;
– Sertifikat: Təlimi müvəffəqiyyətlə bitirən dinləyicilərə Beynəlxalq Dəniz Təşkilatının (İMO) müvafiq Konvensiyalarının tələblərinə uyğun sertifikatlar təqdim olunacaq.

– Təlimdə iştirak edənlər: Bu təlim, SOCAR-ın və SOCAR ilə Birgə Müəssisələrin və Alyans şirkətlərin Dəniz neft-qaz qurğularında çalışan əməkdaşları üçün keçirilir;

Təlimin üstünlükləri:
Təlimdə iştirak edən dinləyicilər aşağıdakı mövzular üzrə nəzəri dərslər və praktiki təlimlər keçmişdilər:

– Xilasedici qayıqların, salların və növbətçi qayıqların konstruksiyası, onların təchizatına aid olan əşyaları, konkret xarakteristikaları və quruluşları;
– Xilasedici və növbətçi qayıqları suya endirmə və qaldırma qurğularının növləri;
– Xilasedici və növbətçi qayıqların mühərriklərinin növləri, quruluşu, işə salınma üsulları və işinə nəzarət;
– Stasionar dəniz platformalarını və üzən qazma qurğularını tərk edəndən sonra görülən işlər, xilasedici qayıqların və salların idarə olunması;
– Növbətçi qayıqlarla suya düşən insanların xilas edilməsi, növbətçi qayıqların və salların sahil sayına oturması;
– Xilasedici qayıqların, salların və növbətçi qayıqların təchizatında olan ləvazimatlardan istifadə;
– Dənizdə güclü dalğalanma zamanı xilasedici qayıqların və salların suya endirilməsi üsulları və s;