Azərbaycan yelkənçiləri Sloveniyada keçirilən yarışlarda iştirak ediblər

654

Baki, 20 aprel, SalamNews. Yelkənçilərimiz Sloveniyada keçirilən ənənəvi “Optimist Sailing Point Regatta 2017” və “Laser Izola Spring Cup” yarışlarında, Burcu Algon Giorgianni-nin rəhbərliyi, “Optimist” sinfi üzrə məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçe Subaşı və köməkçi məşqçi Aleksandr Knyazev olmaqla 2 komanda olaraq iştirak ediblər.

SalamNews xəbər verir ki, dünyanın fərqli ölkələrindən, 500 yelkənçi beynəlxalq yarışda iştiraketmə hüququ qazanmışdır. Ölkəmiz ikinci dəfə olaraq beynəlxalq reqattada və ilk dəfə olaraq “Laser” üzrə yarışda iştirak etmiş və 5 “Optimist” və 3 “Laser” yelkənçi olaraq yarışda öz güclərini göstərmişdir.

Gənc idmançılarımız, yarış öncəsi keçirilən bir neçə günlük professional məşqlərin ardından, “Optimist” yarışlarının 2-ci günündə,500 yelkənçi arasında 15-ci olaraq siyahıya daxil ola bilmiş, yüksək və uğurlu nəticələr göstərərək ölkəyə qayıtmışlar. Qeyd edək ki, yarış zamanı ən azyaşlı yelkənçi də, məhs Azərbaycan bayrağı altında üzən, Kristina Kərimova idi.

Yığma iştirakçıları:

“Optimist”:

1) Murad İsmayılov

2) Rafiq Orucov

3) Murad Allahverdi

4) İsmayıl Kərimov

5) Kristina Kərimova

“Laser”:

1) Selcan Abbas

2) Cavid Kərimov

3) Ammar Hatim

Beləliklə, idmnçıların əsas hədəfi iyul ayında baş tutacaq olan, “Optimist” üzrə Avropa Çempionatında və “Optimist” üzrə Dünya Çempionatında ölkəmizi yüksək şəkildə təmsil edib, Azərbaycan bayrağını ucaltmaqdır.