“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə Azərbaycan Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

1124

Müqaviləni  Bakı  Limanının  Baş  direktoru  Taleh  Ziyadov   və   ATU-nun  rektoru    Akif Süleymanov imzalayıblar.
Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə universitetdə logistika sahəsinə aid müfəssəl auditoriyanın yaradılması nəzərdə tutulur və Bakı Limanının müvafiq əməkdaşları ilə birlikdə universitetin ixtisas müəllimləri tərəfindən tələbələr üçün günün tələblərinə cavab verən tədris materialları hazırlanacaq.
Bu əməkdaşlıq yalnız Gəncədə deyil, eyni zamanda digər ətraf regionların inkişafına da öz töhfəsini verəcək.

Bakı Limanın Baş direktoru Taleh Ziyadov bilirib ki, Bakı Limanı hər zaman dövlətin regionların sosial-iqtisadi inkişafına dair siyasətinə dəstək olaraq elmi potensialın və insan kapitalının artırılması üçün addımlar atır. İmzalanmı Anlaşma Memorandumu da məhz bu işlərin bir hissəsidir.

Eyni zamanda bildirmək istərdik ki, Bakı Limanı “ADA Universiteti” ilə birgə logistika sahəsində magistr pilləsi tələbələrin hazırlanmasına da öz töhfə verir, təhsilini uğurla başa vuran tələbələr Bakı Limanı tərəfindən işlə təmin olunurlar.