Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzinin yeni korpusunda mühəndis ixtisasları üçün nəzərdə tutulan kursların tədrisi beynəlxalq standartların səviyyəsində aparılır

504

24.04.2017-ci il tarixində TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinin mühəndislərin hazırlanması üzrə təlim korpusunda ilk dəfə olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin mütəxəssisinin dəvət olunması ilə SOCAR-ın idarə və müəssisələrində işləyən mütəxəssislər üçün “Arxiv işinin təşkili” təlimatlandırma kursu təşkil edilmişdir.

Bu kursda dinləyicilərə arxiv üzrə hüquqi-normativ sənədlər, sənədlərin ayrı-ayrı işlərdə qruplaşdırılması, arxivə verilməsi, arxivdə qeydiyyata alınması və saxlanılması qaydaları, işlərin nomenklaturasının tərtib edilməsi, elektron arxiv anlayışı , arxiv sənədlərinin məhv edilməsi üzrə mövzular tədris olunur. Bundan əlavə SOCAR müəssisələrində işləyən, avtomatika sahəsinə cavabdeh mütəxəssislər üçün texnoloji proseslərin avtomatik idarə edilməsi maarifləndirmə kursuna başlanılmışdır.

Bu kursda dinləyicilərə müasir səviyyə ölçən cihazların tətbiqi, sərfin ölçülməsi, ROC-407 və Fioboss-107 sərf ölçən cihazları, avtomatik idarəetmə sistemində SCADA sisteminin rolu və s. mövzular tədris edilir. Bundan əlavə şirkət əməkdaşlarının xarici dil üzrə təlimlərə olan tələbatının ödənilməsi məqsədilə İngilis dili və Office proqramlarının öyrənilməsi məqsədilə Microsoft Office proqram paketi kursu təşkil edilmişdir.

24.04.2017-ci il tarixində tədris olunan kursların içərisində “Əmək normalarının işlənməsi” maarifləndirmə kursunu da xüsusi ilə qeyd etmək lazımdır ki, tədris müddətində dinləyicilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əmək normalarının işlənməsinin optimal metodları, müəssisələrdə iş vaxtı şərtinin öyrədilməsi, müşahidə metodları, əmək normalarının hesablanması, metodları və optimallaşdırılması, əmək normativləri, onların hesablanması metodları və istehsalata tətbiqi şərtləri, dəzgah və köməkçi işlərdə əməyin normallaşdırılmasının metodları, istehsal normasının hesablanması, briqada formasında və eləcə də müəssisədə əməyin normallaşdırılmasının xüsusiyyətləri haqqında tədrisin aparılması nəzərdə tutulur.