Xəzəryanı ölkələr ticari-iqtisadi əməkdaşlıq haqqında saziş layihəsini müzakirə edir

303

Aşqabadda Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələrinin növbəti iclası işinə başlayıb.

“Report” “Turkmen Portal”a istinadən xəbər verir ki, iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın profilli nazirlik və idarələrinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edirlər.

Türkmənistanın Xarici İşlər Nazirliyi, İqtisadiyyat və İnkişaf Nazirliyi və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil edilən görüşün əsas müzakirə mövzusu Xəzəryanı ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Saziş layihəsinin təsdiq edilməsidir. Bu sənəd 2014-cü ildə Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun səsləndirdiyi təşəbbüsə uyğun olaraq, Türkmənistan tərəfindən hazırlanıb.